Qərbi Azərbaycanı kürdləşdirmək üçün təyin edilən kürd vali Çiçestnewsu məhkəməyə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycanı Kürdüstanlaşdırma məqsədilə Güney Azərbaycanın bu hissəsinə təyin etdiyi kürd vali, eləcə də rejimin təyin etdiyi Qərbi Azərbaycan Mədəniyyət İdarəsinin rəisi Qərbi Azərbaycanda müstəqil xəbər saytı olan Çiçestnewsu məhkəməyə veriblər.

Halbuki, 3 il öncə Qərbi Azərbaycan valiliyinin siyasi işlər üzrə müavini kütləvi informasiya vasitələrini məhkəməyə verməyi qadağan etmişdi.

Qərbi Azərbaycanda müstəqil xəbər saytı olan Çiçestnewsun məlumatına görə, bu sayt Azərbaycan Mədəniyyət Ocağının aşıqlar konsertinin ləğbi və Mətbuat Evində çevrilişlə bağlı xəbər yaydıqları üçün kürd vali və rejimin Qərbi Azərbaycanda Mədəniyyət İdarəsinin rəisinin qəzəbinə tuş gəlib.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Müsavat Partiyasının XI qurultayında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan …

Bir cavab yazın