Təbriz etirazlarında yaxalanan azərbaycanlı öyrənci fəal Röya Səğiri zindana salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabr-yanvar etirazlarında Təbrizdə yaxalanan azərbaycanlı öyrənci fəalı Röya Səğiri həbs müddətini keçirmək üçün Təbriz zindanına salınıb.

Təbriz Mədəni Universitetinin öyrəncisi Röya Səğiri cümə günü  öz İnstaqram səhifəsində məlumat yazaraq, şənbə günü həbs ediləcəyini açıqlamışdı.

Röya Səğiri yazmışdı: “Hökmün icrası üçün çağırılmışam. Sabah gedəcəm, bu azacıq azadlığımı da zalimcəsinə məndən alacaqlar. Azadlığım daha da məhdudlaşacaq. Qoy onları tarix mühakimə etsin”.

Qeyd edək ki, azərbaycanlı öyrənci fəal Röya Səğiri Təbrizdə irqçi fars rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiyalar zamanı  Təbrizdə yaxalanmışdır.

Məcburi hicaba qarşı çıxan azərbaycanlı öyrənci “sistemin əleyhinə təbliğat aparmaq” və “sistemin əsaslarını aşağılamaq” kimi uydurma ittihamlarla üzləşərək, 23 ay həbs cəzasına məhkum edilib. Fəala qarşı çıxarılan hökm iyul ayında Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

Azərbaycanlı öyrənci bundan əvvəl Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay və “rəhbəri təhqir etmək” ittihamı ilə 18 ay həbs cəzasına məhkum edilib. Həmin məhkəmənin qərarı da Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi təsdiqlənib.

Azərbaycanlı ictimai fəal Röya Səğiri bundan öncə də başqa bir dosyeyə ilə “qanunsuz yığıncağa qatılmaqla ümumi asayişi pozmaq” və “hicabsız şəkildə ictimai yerlərə çıxmaq” kimi uydurma ittihamlarla qarşılaşaraq, 1 il şərti həbs, 10 şallaq zərbəsi və müəyyən miqdarda pul cəriməsi ödəməyə məhkum edilmişdir.

 

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın