Azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin yaxaladığı azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi bir gün saxlandıqdan sonra müvəqqəti zaminə buraxılıb.

Fəalın zaminə buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə təyin edilib və sentyabrın 6-da müvəqqəti zaminə buraxılıb.

Məlumata görə azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi ittihamı elan olunduqdan sonra cümə axşamı günü mülki vəsiqə qarşılığında rejimin təhlükəsizlik polisinin təcridxanasından zaminə buraxılıb. O 2006-cı il may hadisələrində (1385-ci il xordad hadisələri) şəhid olanların məzarı üstündə anım mərasimində iştirak edib və çıxış etdiyinə görə “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşma və birləşmə”də ittiham olunub.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini yaxalamaq üçün sentyabrın 4-də onun ata evinə hücum etmişdi.

Rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü olmadan zorla evə daxil olaraq, axtarış aparmışdılar. Axtarış nəticəsində Ulduz Qasimiyə aid bir çox kitab və evdə olan elektron kommunikasiya vasitələri məmurlar tərəfindən götürülmüşdü.

Rejimin təhlükəsizlik qüvvələri həmçinin Ulduz Qasiminin anasına çağırış vərəqəsi göstərərək, fəalın sentyabrın 5-də irqçi fars rejimin “Doqquz pillə” Polis İdarəsinin Təhlükəsizlik bölməsinə müraciət etməsini tələb etmişdilər. Onlar fəalın anasını təhdid edilərək, bildirmişdilər ki, Ulduz təyin edilən vaxtda müraciət etməsə cəzalandırılacaq.

 

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın