Cümə axşamı , İyul 30 2026
azfa

Yaxın gələcəkdə Xəzərin cənubuna dair məsələnin həll olunacağı gözlənilir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın müddəalarının icra olunmasına dair xüsusi işçi qrupunun beş Xəzəryanı ölkənin Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə bu ilin noyabrda Bakıda keçiriləcək birinci iclasında dənizdə ilkin düz xətlərin bərpası üsullarına dair saziş müzakirə olunacaq. Bu barədə Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə elçisi İqor Bratçikov açıqlama verib.

Diplomat qeyd edib ki, Xəzərin cənub hissəsinə dair məsələlər Xəzər sahili və qonşu dövlətlər arasında iki və üçtərəfli formatda beynəlxalq hüquq prinsipləri əsasında müzakirə olunacaq: “Yaxın gələcəkdə Xəzərin cənubuna dair məsələnin həll olunacağını gözləyirəm”.

Rusiya diplomatı həmçinin Xəzər İqtisadi Forumunun gələn il Türkmənistan Prezidentinin təşəbbüsü ilə təşkil olunacağını və daha sonra mütəmadi tədbirə çevriləcəyini diqqətə çatdırıb.

 

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …

Bir cavab yazın