Şəhriyar şəhərinin məktəblərində Qaşqay türklərinin geyim və mədəniyyəti təqim edilib

GADTB-nin Mətbuat Mərkəzinin “Qashqaionline” saytına istinadən yaydığı məlumata görə, keçmişdə Qaşqay elinin milli geyimi ilə dərs sinifində dərs keçən və Qaşqay türklərinin mədəniyyətini tanıdan qaşqay müəllimə Fatimə Mehdipur Şəhriyar şəhərinin məktəblərinə dəvət olunub.

Fatimə Mehdipur gözəl Qaşqay milli geyimi ilə Şəhriyar şəhərinin məktəblərində tədris edib. F.Mehdipurun Şəhriyar məntəqəsinin Əmiriyyə şəhərciyinin 22 Bəhmən məktəbinin IV sinifində ictimai fənnindən tədrisi zamanı şəkilləri də həmin sayta təqdim edilib.

Qeyd edək ki, Qaşqay türkləri Azərbaycan türkləri kimi oğuz türküdürlər və tarixi Azərbaycan ərazisinin cənubundan körfəzə qədər böyük bir ərazidə yaşayırlar. Onlar Azərbaycan türk zolağı kimi körfəzə bağlayırlar.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …