Şənbə , Aprel 25 2026
azfa

Türk dövləti Qazaxıstanda “Qədim Türküstan-yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın Türküstan vilayətində “Qədim Türküstan – yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib.

Forumda Avropa və Asiya ölkələrindən 250-dən çox nümayəndə iştirak edib.

Forumda bölgənin turizm və iqtisadi potensialını yaxşılaşdırmaq, sahibkarlıq və istehsalın inkişaf etdirilməsi üçün xüsusi layihələr təklif olunub və xarici sərmayəçilərlə 1,7 milyard dollar məbləğində 19 memorandum imzalanıb. Türkiyə, Çexiya, Rusiya, BƏƏ, İtaliya, Polşa, İran, Malayziya və Çindən olan sərmayəçilər müasir obyektlər tikmək, infrastrukturu inkişaf etdirmək, o cümlədən bölgədə bir sıra birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Forumda B2B formatında görüşlər və “İnsan kapitalı. Aqrosənaye Kompleksinin dinamik inkişafının əsası “, “Şimal-Cənub iqtisadi dəhliz” mövzularda panel iclaslar keçirilib.

 

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın