İrqçi fars rejimdən yeni ayrıseçkilik: Tirəxtur komandasının kapitanı ədalətsizcəsinə cəzalandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanla düşmənçilik etməyi artıq adətə çevirən irqçi və işğalçı fars rejim, bu dəfə ədalətsizcəsinə Tirəxtur komandasının kapitanı Məsud Şücaini cəzalandırıb. Rejimin Futbol üzrə İnzibati Komitəsi Güney Azərbaycanın Tirəxtur komandasının kapitanı M.Şücaini şərləyərək bir oyundan məhrum etmiş, eyni zamanda 50 milyon rial cərimələyib.

Rejimin dünəm Güney Azərbaycan komandasına qarşı bu düşmənçiliyinə M.Şücai öz İnstagram səhifəsində etiraz bildirmiş və rejimin futbol sahəsində ayrıseçkilik siyasəti və digər yaramazlıqlarını ifşa etmişdir.

M.Şücaini irqçi fars rejimin futbolunda ayrıseçkiliyin olduğuna toxunaraq, komentinin bir hissəsində məsələyə aydınlıq gətirərək yazır: “Yarışda nəticənin 3-1 hesabı ilə bizim xeyrimizə olduğu an hakimin qarşı komandanın tərəfini saxladığını müşahidə etdim. Yarışın davamın bizim oyunçumuz üzərində xəta baş verdi. Hakim ədalətsizcəsinə qarşı komandaya avantaj verib bizdən münasib hücum mövqeyini aldı. Mən də Tirəxturun kapitanı kimi öz komandamın haqqını müdafiə edib, topun bizdə olduğunda nə üçün avantaj verdiyini soruşdum. Lakin hakim məni təhqir edərək, dedi ki, “alnından vurub oyun meydançasından bayıra ataram”. İndiyə kimi nə İranda nə də Avropada hakimin belə təhqiramiz hərəkətini görməmişdim. Mən də cavabında dedim ki, sən nə şüursuzsan, bu nə danışıq tərzidi. O da dərhal qırmızı kart qaldırdı.

Göründüyü kimi rejimin Futbol üzrə İnzibati Komitəsi irqçi və antitürk hakimlərinin ədalətsizliyi qarşısında Tirəxturun kapitanını cəzalandırıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın