Şənbə , Aprel 27 2024
azfa

“Səni deyirlər” mahnısının urmiyalı ifaçısı Bakıya gəldi – Video

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, “Səni deyirlər” mahnısı ilə Azərbaycanda məşhurlaşan İbrahim Əlizadə bu gün baş tutacaq IX Beynəlxalq “The First” mükafatlandırma mərasimində iştirak etmək üçün Bakıya gəlib.

Bu barədə Bakı.vs-ə tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib

“Çox dedilər “səni deyirlər, məni deyirlər”, mən də dedim, dəvət edim, görək kimi deyirmiş?! Təkcə “Urmunun dəryası” sözündən sonra cəsarətlə “qurutdular da” deməsi yetərlidir ki, onun Urmiyə sevdasını, Azərbaycan sevdasını anlamış olaq.

Milyonlarla insanın dinlədiyi və sevdiyi məşhur “Səni deyirlər” mahnısını ifa edən İbrahim Əlizadə IX Beynəlxalq “The First” mükafatlandırma mərasimində iştirak üçün artıq dəvətimizlə Bakıdadır”, – o bildirib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın