Azərbaycanlı millət vəkili statusunda “türk” sözü yazdığı üçün irqçi farsların hücum və söyüşlərinə məruz qaldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi farslar bir daha nə dərəcədə Azərbaycan və türk düşməni olduqlarını açıq şəkildə büruzə veriblər. Təbriz, Tufarqan və Üskünün məclisdəki millət vəkili Zəhra Sai İnstaqram səhifəsində Azərbaycan türkləri və Azərbaycan idmançısı barədə yazdığı statusunda “Türk” sözü yazdığı üçün irqçi farsların hücum və söyüşlərinə məruz qalıb.

40 milyon türkün Güney Azərbaycanda varlığını daim danmağa çalışan irqçi farslar millət vəkilinin “türk” sözünü statusunda yazmasına belə dözməyiblər.

Azərbaycanlı millət vəkili Zəhra Sai 2018-ci il oktyabr ayının 22-də İnstaqram səhifəsində yazdığı statusda Təbriz şəhərinin yaxınlığında yerləşən Basmenc sakini olan Azərbaycan güləşçi Pərviz Hadinin Macaristanda keçirilən Dünya Güləş Çempionatında bürünc medal qazanmasını təbrik edərək yazmışdır:

“Xoşbəxtlikdən qeyrətli türk güləşçi Pərviz Hadi Azərbaycana daha bir uğur gətirib. O Dünya Güləş Çempionatında bürünc medal qazanıb, hansı ki, qızıl medaldan heç də az deyil. Pəhləvanın qeyrətinə salam olsun”.

Sırf “türk” sözünü millət vəkilinin səhifəsində görən irqçi fars dərhal onun və Azərbaycanın əleyhinə hücuma keçib və hətta söyüş söyməkdən də çəkinməyiblər.

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …

Bir cavab yazın