İşğalçı fars rejimin məmurları azərbaycanlı fəal Rza Zareini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimin məmurları Patron ləqəbi ilə tanınan azərbaycanlı milli-mədəni fəal Rza Zareini Təbriz şəhərində yaxalayıb.

Azərbaycanlı fəal bir müddət öncə Nəsim Sadiqinin yaxalanmasından öncə işğalçı fars rejimin Sepah qüvvələrin tərəfindən yaxalanıb. Lakin fəalın oktyabrın 23-də yaxalanması barədə məlumat yayılıb.

Rejimin “Sepah” qüvvələrinin təhlükəsizlik bölməsində saxlanılan Rza Zareinin həbsinin Təbrizdə saxta “Tavrij” adının yayılmasına qarşı apardığı mədəni fəaliyyətlə bağlı olduğu bildirilir.

Azərbaycanlı fəal Rza Zarei “Oyan Azərbaycan” Teleqram Kanalının da müdiri olub və həmin kanalda rejimin Azərbaycana qarşı gizli fəliyyətini ifşa etməyə çalışıb.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …

Bir cavab yazın