Azərbaycanlı öyrəncilərin təşəbbüsü ilə Azərbaycan Mədəni Universitetində türk kitabları sərgisi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı öyrənci fəalların və öyrəncilərin təşkil etdiyi ocaqların təşəbbüsü ilə Azərbaycan Mədəni Universitetində türk və fars kitabları sərgisi açıldı.

Sərgi “Fərhəng və Əndişə”, eləcə də “Şeir və Ədəbiyyat” ocaqlarının xüsusi dəstəyi ilə keçirilir. Dekabrın birindən başlayan sərgi 4 gün müddətinə davam edəcək.

Sərgidə müxtəlif sahələrdə, o cümlədən türk dili təlimi kitabları nümayiş edilir. Uşaq kitabları isə 20 faiz endirimlə satılır.

Sərgidə rejim tərəfindən qurudulmuş Urmiya gölünün hazırlanmış maketi də nümayiş etdirilir. Maket “Fərhəng və Əndişə” və “Şeir və Ədəbiyyat” ocaqları tərəfindən hazırlanıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın