Şənbə , Aprel 25 2026
azfa

Urmiya və Təbrizdə Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələbi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar tərəfindən Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində Güney Azərbaycan siyasi məhbuslarına azadlıq tələbi ilə çoxsaylı afişalar hazırlanaraq, paylanılıb və divarlara yapışdırılıb.

Afişalarda azərbaycanlı siyasi məhbuslar İbrahim Nuri, Siyamək Mirzai, dr.Lətif Həsəni, dr.Camal Musəvi, Əmir Səttari, Əmin zendedel və s. azərbaycanlı siyasi məhbusların şəkli əks olunmaqla Azərbaycan Milli Hərəkatının həmin məhbuslarının qeydsiz-şərtsiz sərbəst buraxılması tələb edilib.

Qeyd edək ki, azərbaycanlı fəallar bu il boyu dəfələrlə afişa və plakardlar yapışdırmaq və geniş şəkildə şüarlar yazmaqla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın