Şənbə , Aprel 25 2026
azfa

Rejim azərbaycanlı fəal Məhəmməd Xakpuru məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  işğalçı və irqçi fars rejimin Kəleybərdə yerləşən inqilab məhkəməsi  dünən dekabr ayının 22-də azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpuru məhkəmə çağırdı. Azərbaycanlı fəal 2019-cu il yanvar ayının 1-də məhkəməyə müraciət etməlidir.

Azərbaycanlı fəal rejim tərəfindən şərlənərək, “separatçılıq məzmunlu materiallar yaymaqla sistem əleyhinə və sistemə qarşı qrupların xeyrinə təbliğat”da ittiham edilib.

Bundan öncə isə fəala rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən ittiham elan edilib və vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Xakpur 2018-ci il iyul ayının 5-də Babək Qalası Qurultayında yaxalanaraq, rejimin Əhər şəhərində yerləşən təcridxanasına aparılıb və 3 gün saxlandıqdan sonra zaminə buraxılıb. Azərbaycana fəala qarşı vəhşicəsinə işgəncə verilib.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın