Çərşənbə axşamı , May 5 2026
azfa

İrqçi fars rejimin millət vəkili rejim Sovet kimi köçəcəyini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin məclisinin Hüquq və Məhkəmə Komissiyasının Beynəlxalq Komitəsinin sədri Cəlil Rəhimi Cahanabadi  yanvar ayının 6-da çıxış edərək, deyib ki, siyasi sisteminin Sovetin Moskva küçələrində dağıldığı kimi, Tehran küçələrində dağıla biləcəyini bildirib.

Cəlil Rəhimi Cahanabadi deyib: “Sovet dağılan zaman 13 min nüvə başlığına sahib idi, 20-dən çox ölkəyə nəzarət edirdi, kosmik stansiyası var idi, amma Moskva küçələrində dağıldı və öz təhlükəsizliyini və ərazi bütövlüyünü itirdi”.

Millət vəkili rejimin regional münaqişələrə xərclədiyi vəsaitləri də tənqid edərək deyib ki, ölkə xaricdə həddən artıq vəsait tələf etməsinin yerinə, daxildəki iqtisadi problemləri həll etməlidir.

Cəlil Rəhimi ölkə əhalisinin ağır iqtisadi vəziyyətdə olduğu halda rejimin xarici ölkələrdə gedən münaqişələrə böyük maliyyə ayırdığının böyük fəlakətlərə, hətta rejimin çökməsinə səbəb ola biləcəyini deyib.

 

Həmçinin yoxlayın

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …

Tramp: “İran rəsmiləri qapalı qapılar arxasında başqa cür davranırlar”

GADTB: ABŞ prezidenti Donald Tramp tanınmış siyasi şərhçi Hyu Hevitə müsahibəsində bildirib ki, İran nümayəndələri …

Bir cavab yazın