Çərşənbə , Sentyabr 30 2026
azfa

Rejimin məhkəməsi həbs etdiyi azərbaycanlı fəal Abbas Lisanini Məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim həbs etdiyi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini Təbrizdə yerləşən məhkəməyə çağırdı.

Rejim Təbriz də yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi 2019-cu il yanvarın 31-də tbununla bağlı fəalın evinə iki çağırış vərəqəsi göndərilib.

Çağırış vərəqələrində fəalın qərarı almaq üçüm 10 gün müddətində məhkəməyə müraciət etməsi istənilib. Qərar isə yalnız məhkəmə sisteminə müraciət edib istifadəçi adı ilə sistemə daxil olduqdan sonra bilinəcək.

Rejimin göndərdiyi çağırış vərəqəsində qeyd olunub ki, yazılan ünvana müraciət olunmasa, bu, məhkəmə sənədlərindən imtina kimi qəbul olunacaq.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunduqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və daha sonra rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinə köçürülüb. Həmin gündən fəal rejimin Ərdəbildə yerləşən zindanının karantin bölümündə saxlanılır. Azərbaycanlı fəal hüquqlarının pozulması ilə bağlı aclıq aksiyası keçirib.

Azərbaycanlı fəal 2018-ci il iyulun 2-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə yaxalanıb və rejimin Təbrizdə yerləşən Ettelaat İdarəsinə, oradan da Təbrizdə yerləşən zindanına köçülülmüşdür.

 

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın