Azərbaycanlı fəal Murtəza Sənai 200 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin yaxalayaraq, Ərdəbildə yerləşən həbsxanasına saldığı azərbaycanlı miili-mədəni fəal Murtəza Sənai 200 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxıldı.

Həmin azərbaycanlı fəal dünən 2019-il fevral ayının 18-də zaminə buraxılıb.

Qeyd edək ki, işğalçı fars rejimin məmurları azərbaycanlı fəal Murtəza Sənaini fevral ayının 1-də öz mağazasında yaxalamışlar. Məmurlar fəalın şəxsi kompüteri və mağazasının lisenziyasını da zəbt edib aparıblar.

Rejim azərbaycanlı fəalı sistem əleyhinə təbliğdə ittiham edib. Fəalın yaxalanmasına səbəbnin isə son vaxtlar azərbaycanlı siyasi məhbuslar, xüsusilə Abbas Lisaninin qanunsuz yaxalanması ilə əlaqədar divarlara yazılan şüarlar və yapışdırılan posterlərlə əlaqədar olduğu bildirilir.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın