Çərşənbə , May 8 2024
azfa

“Şərq” qəzetinin ermənilərə haq qazandırmasına Güney Azərbaycan mətbuatının etirazı Amilini də etiraza məcbur etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycan mətbuatının İran adlanan ölkənin “Şərq” qəzetinin qondarma “Dağlıq Qarabağ Respublikasının” xarici işləri naziri Myilyanla müsahibəsi və erməni işğalına haqq qazandırmasına kəskin etirazından sonra Ərdəbilin imama cüməsi Amili də həmin qəzetə öz etirazını bildirib.

Qondarma, işğalçı və separatçı Dağlıq Qarabağı hökumətinin xarici işlər naziri ilə müsahibəsinə toxunan Amili deyib: Bu qəzetin qondarma bir şəxsin yalana iddialarını dünyada gündəmə gətirəməsini və onu rəsmiləşdirməsini kəskin şəkildə pisləyirəm.

Amili dedi: İran Xarici İşlər Nazirliyinin İranla Azərbaycanın münasibətlərini bu şəkildə pozma cəhdinə etinasız yanaşmasına etiraz edirəm. Qondarma Dağlıq Qarabağ Hökumətini Ermənistandan başqa heç bir dövlət tanımamış və BMT-nin də üzvü deyildir. Belə bir hökumətə təbliğ imkanı yaradılmamalıdır.

O əlavə edib: Özünü Qarabağın xarici işlər naziri adlandıran bu şəxs bir həqiqi cinayətkardır və cinayətkarla müsahibədən bir qəzet üçün yüksək etibarsızlıq yoxdur.

Qeyd edək ki, Amili qondarma “Dağlıq Qarabağ Respublikasının” yalnız Ermənistan tərəfindən tanındığını qeyd edib. Lakin bu qondarma qurum heç Ermənistan tərəfindən də tanınmamışdır və yalnız Ermənistanın Azərbaycan ərazilərini işğal faktı mövcuddur.

Hələlik Azərbaycan Respublikası mətbuatından məsələyə heç bir reaksiya müşahidə edilməmişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın