Güney Azərbaycanda 21 Azərlə bağlı tədbirlər keçirilib – video

GADTB-nin Mətbuat Mərkəzinin “Öyrənci səsi” saytına istinadən yaydığı məlumata görə, 21 Azər – Azərbaycan Milli Hökumətinin yaranması günü Güney Azərbaycanın müxtəlif şəhər və məntəqələrində çoxsaylı tədbirlərlə qeyd olunub. Dünən Azər ayının 21-də Sayınqala şəhərində azərbaycanlı fəallar Milli Hökumıtin yaranması və bir il sonra rasist fars rejimi tərəfindən Güney Azərbaycanda soyqırımı törədilməsini şah rejiminin 21 Azərdə hücumu zamanı şəhid olan Əmirələm Moləvinin məzarı başında qeyd ediblər.

Mərasimin sonunda Sayınqaladan olan şairlər 21 Azərlə bağlı öz şeirlərini oxuyublar.

21 Azər günü həmçinin Güney Azərbaycanın Urmiya şəhərində uşaq bağçalarında türk dilində yazılmış yüzlərlə kitabın uşaqlara paylanması ilə qeyd olunub. Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil və başqa şəhərlərində də çoxsaylı tədbirlər keçirilib.

Sayınqalada 21 Azər şəhidinin məzarı üstündə keçirilən tədbir:

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın