Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İrqçi fars rejimin qeyri-standart layihələrinə görə meydana gələn sel əhaliyə milyardlar ziyan vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həyata keçirdiyi qeyri-standart layihələrinə görə meydana gələn sel əhaliyə milyardlarla dollar ziyan vurdu.

Son sel və daşqınlar nəticəsində əhalinin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir.

İranlı nazir əlavə edib ki, əkin, bağ və heyvandarlıq sahələri daha çox ziyanla üzləşib: “Habelə arıçılıq, quşçuluq və balıqyetişdirmə müəssisələrinə də ciddi şəkildə ziyan dəyib”.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın