Şənbə , Sentyabr 26 2026
azfa

İrqçi fars rejim Güney Azərbaycanın müxtəlif şəhərlərində Traxtur tərəfdarını oğurlamaqdadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələri Güney Azərbaycanın müxtəlif şəhərlərindən Traxtur komandasının yarışına gələn tərəfdarını oğurlamaqdadır.

2019-cu il mayının 1-də isə rejimin terrorçu qüvvələri xüsusi olaraq Güney Azərbaycanın müxtəlif regionlarından gələn tərəfdarları oğurlayıb. Bununla rejim Traxtur komandasının Güney Azərbaycanda ümumtürk komandası olma özəlliyini boğmağa çalışır.

Rejimin terrorçu qüvvələri Aşan Sadiqi, Əsgər Fərəci, Şahin Bərzgər və Əkbər Mühacirin kimliyi müəyyənləşib. Oyun bitdikdən sonra tutulan Aşan Sadiqi və Əsgər Fərəcinin harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Bundan əlavə, görüşə bir neçə gün qalmış çox sayda azərbaycanlı fəal və Traxtur tərəfdarına zəng edilərək onlara stadiona getməklə bağlı xəbərdarlıq edilib. Hətta bəzi fəallar bununla əlaqədar təhlükəsizlik orqanlarına çağırılıb.

Görüşün keçirildiyi gün Traxtur tərəfdarlarını daşıyan avtobuslar Zəncan, Miyana, Urmiya və Qəzvində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təhlükəsizlik qüvvələri sərnişinləri endirərək onların hərəkətinə mane olublar.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın