İrqçi fars rejimim Fəcr Film Festivalında Azərbaycan filminə ayrıseçkilik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin  Fəcr Film Festivalında azərbaycan türkcəsində hazırlanan “Kömür” filmi ciddi ayrıseçkiliklə qarşılaşıb.

Filmin azərbaycanlı rejissor İsmayıl Münsif irqçi fars rejimin sistemli ayrıseçkilik siyasətinə etiraz edib. O İnstqaram səhifəsində Fəcr Film Festivalı məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənib.

Azərbaycanlı rejissor İsmayıl Münsif bildirib ki, “Kömür” filminə heç bir mükafat nəsib olmadı, hətta münsiflər heyəti həvəsləndirmək məqsədilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.

İsmayıl Münsif deyib: “Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir ssenaristlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız nir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir”.

Qeyd edək ki, İranda azərbaycan türkləri bütün sahələrdə rejimin irqçi siyasəti və ayrıseçkiliklə qarşılaşırlar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın