Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı fəal Mojqan Siyaminin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı şair, yazıçı və jurnalist Mojqan xanım Siyaminin 4 aydır Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılmaqdadır.

Azərbaycan türkcəsi və fars dillərində nəşr olunan “Saray” nəşriyyəsinin redaktoru və yazıçısı olan fəal 4 ay əvvəl rejimin Tehranda yerləşən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıl və daha sonra rejimin Ərdəbildə yerləşən zindanına köçürülüb.

Onun son vəziyyəti barədə etibarlı bir mənbə Siyasi və Mədəni Məhbusların Müdafiəsi Komitəsinə məlumat verib: “Mojqan xanım Siyami qanunsuz saxlanmasından 4 ay keçdiyindən və təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qaldıqdan sonra “müqəddəsləri təhqir etmək”, “rəhbəri təhqir etmək” və “ictimaiyyəti təşvişə salmaq”  ittihamlar ilə şərlənib. Lakin onun barəsində heç bir hökm çıxarılmayıb. Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan Siyaminin yaxınları ilə görüşməsinə, hətta telefon əlaqəsi saxlamasına qadağa qoyulub. Onun övladı ilə də görüşməsinə icazə verilmir”.

Ərdəbil sakini olan azərbaycanlı fəal və jurnalist həbsxanada saxlandığı müddətdə rejimin ETTELAAT İdarəsinin təzyiqi altında olub və onun dərgisinin də lisenziyası ləğv olunub. Siyami bundan öncə 2018-ci il oktyabrın 22-də nəşriyyədə fəaliyyət göstərdiyinə və mövcud vəziyyətə etiraz etdiyinə görə yaxalanıb və o 27 gündən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Evin zindanında azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbsi 80 gündən çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanının 4 saylı təcridxanasında saxlanılan azərbaycanlı …

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …

Bir cavab yazın