Cümə , İyun 19 2026
azfa

Güney Azərbaycanda azadlıq maskası ilə azərbaycanlı siyasi məhbuslara azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara Güney Azərbaycanın müxtəlif şəhərlərində azalıq tələbi ilə etirazlar keçirilir.

Bir qrup azərbaycanlı milli-mədəni fəal Ərdəbil şəhərində meydanların birinə toplaşaraq irqçi fars rejimin zindanlarında həbs edilən milli-mədəni fəalların görüntüsünü əks etdirən maska taxamaqla onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Fəallar fars və ingilis dilində “Azərbaycanın siyasi məhbuslarını azad edin” yazılmış banner də nümayiş etdiriblər.

Azərbaycanlı fəalların maskadan istifadə etməsi rəmzi məna daşıyıb və onlar bu vasitə ilə siyasi məhbusların azadlığını tələb etməklə yanaşı onların ideya və mübarizə yollarının davam edəcəyini vurğulayiblar.

Həmçinin yoxlayın

Fransa: Gözləntilərimiz təmin olunmadan BMT-nin İrana qarşı sanksiyalarının ləğvinə razılıq verməyəcəyik

GADTB: Fransanın xarici işlər naziri Jean-Noël Barrot xordadın 29-da bəyan edib ki, Paris BMT Təhlükəsizlik …

İran İraqda ərəb ölkələrinə qarşı hücumlar üçün yeni gizli terrorçu qrup yaradıb

GADTB: Reuters agentliyinin İraqın hərbi və təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, İranın İslam İnqilabı …

Bir cavab yazın