Rejim Şərqi Azərbaycanın bəzi məktəblərində Azərbaycan türkcəsinin sınaq tədrisinə başlayacağını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi Cəfər Paşai yeni təhsil ilinin əvvəlində vilayətin bəzi məktəblərində sinaq şəklində Azərbaycan türkcəsinin tədris ediləcəyini açıqlayıb.

Paşai deyib: “Bu ilin sentyabr ayında məktəblərin açılışı ilə birlikdə Şərqi Azərbaycanın bəzi məktəblərində türk dili tədrisi başlayacaq və tələbələr həftədə iki saat cəmi 60 saat türk dili dərsi təhsil alacaqlar”.

Türk dilində təhsilin sınaq tətbiqinin rejimin Təhsil Naziri Məhəmməd Bəthainin verdiyi sərəncama əsaslandığı ehtimal edilir. Təhsil nazirinin əmrinə əsasən, ana dili təhsili ibtidai məktəbin dördüncü və orta məktəbin doqquzuncu siniflərində tədris olunacaq. Bunun isə ana dilində təhsil üçün kifayət olmadığı məlumdur.

Təlimin məzmunu və saatları hər vilayətdəki məktəblər tərəfindən müəyyən ediləcək.

Həmçinin yoxlayın

Təbriz zindanında sağlıq durumu pisləşən Kərim İsmayılzadəyə dərmanları verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Bir cavab yazın