Şənbə , Sentyabr 26 2026
azfa

Azərbaycan Mədəniyyət Ocağı Urmiyada məhəllələrin türkcə adlarının dəyişdirilməsi təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Mədəniyyət Ocağı Urmiya Şəhər Şurasındakı kürd üzvlərinin təzyiqi ilə türkcə məhəllələrin adlarının dəyişdirilməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Ocağın bəyanatında deyilir: “Şəhər Şurasının kürd üzvləri Bələdiyyə İdarəsi və digər məsullara seçki təbliğatına yönəlmiş hay-küylü təzyiq göstərir. Onların Urmiyada kafe və digər obyektlərin türkcə yazılan lövhələrinin yığışdırılması istiqamətində təzyiqləri davam edərsə, şəhərdə yaranacaq çaxnaşmanın məsuliyyəti bu işin qarşısını almayanların üzərinə düşəcək.

Azərbaycan Mədəniyyət Ocağı ixtilafa səbəb olan davranışları pisləyərək məhəllələrin türkcə adlandırılmasının qalmasını dəstəkləyir və bələdiyyə başçısı, həmçinin Şəhər İcra Hakimiyyəti başçısından hörmətsizliyə yol verən və populist şəxslərin fəallaşmasına qarşı tədbir görməsini gözləyirik. Şübhəsiz Urmiyanın hörmətli əhalisi bu istiqmaətdə hər hansı güzəştə getməyi bağışlamayacaq”.

Azərbaycan Mədəniyyət Ocağı məsələyə Urmiyanın millət vəkillərinin müdaxilə etməsini də tələb edərək, sonunda vurğulayıb ki, şəhərdə türkcə yazılan lövhələr yığışdırılarsa, Ocaq Şəhər Şurasının qarşısında etiraz aksiyası keçirmək üçün Urmiya Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Azərbaycan Mədəniyyət Ocağının məlumatına əsasən radikal kürd cərəyanına bağlı sayt və kanallar Şəhər Şurasının iki kürd üzvünə (Xalid Hatəmi və Əbdulrəhman Nəqşin) dəstək verərək məhəllələrə ad verməklə bağlı Bələdiyyə İdarəsinə təzyiq göstərir və türkcə yazılan lövhələrin yığışdırılmasını tələb edirlər.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın