Bazar ertəsi , May 6 2024
azfa

Terrorla mübarizəyə görə Türkiyə bayrağını paylaşan Traxtur oyunçusu İranın terror tərəfdarı tərəfindən hədələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmalarına qarşı antiterror əməliyyatı keçirməsi bir daha irqçi fars rejimin və ümumiyyətlə irqçi farsların terroru dəstəkləməsi və ümumiyyətlə onların terrorçu mahiyyətini ifşa etdi.

Artıq çox sayda iranlı siyasi fəallar və sosial media istifadəçisi Güney Azərbaycanın Traxtur futbol komandasının oyunçusu Məhdi Bəbrini İnstaqram səhifəsində Türkiyə bayrağını paylaşdığı üçün təhdid və təhqir ediblər.

Futbolçu həmin statusu səkkiz saat əvvəl və çoxlu təhdidlər aldıqdan sonra silsə də, adıçəkilən terror tərəfdarı üzdən iraq siyasi fəallar, o cümlədən islahatçı “Xalq birliyi” partiyasının üzvü Məhəmməd Rza Tacirniya və başqaları futbolçunu hədələməyə davam edirlər.

Tacirniya Twitter səhifəsində Məhdi Bəbrinin ona qarşı statusunu yenidən paylaşaraq yazıb:

“Ölkə sahibsizdir?! Traxturr komandasının iranlı oyunçusu Türkiyənin bayrağını və əsgərlərini mifləşdirir! Bu separatçılıqdan başqa nə deməkdir !? Heç kim bunun cavabını verməyəcək!? Niyə bu separatçılara bu qədər yol verməliyik?!”

İranda siyasi və idman mediasının müxbiri Seyid Sadeq Hüsseyni isə bu barədə bildirib: Azərbaycan nümayəndələri yalnız susublar.

Qeyd edək ki, irqçi fars rejim iyrəncliyi o səviyyəyə çatdırıb ki, günlərdir kürd terroruna dəstək aksiyası təşkil edir.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın