Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı fəal Kazım Səfabəxş Apellyasiya Məhkəməsində bəraət qazandı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farsrejimin ədalətsizcəsinə 13 ilhəbsə məhkum etdiyi Traxtur tərəfdarı Kazım Səfabəxş Apellyasiya Məhkəməsində bəraət qazandı.

Azərbaycanlı fəalın vəkili Cəfər Xani Şəblu oktyabrın 15-də bu barədə bir video paylaşaraq bu barədə məlumat verib.

Fəalın vəkilinin sözlərinə görə, Tehranda yerləşən Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi məhkəmənin Kazım Səfabəxş barəsində çıxardığı 13 il həbs hökmünü ləğv edərək, ona bəraət vermişdir.

O deyib ki 13 il həbs cəzası açılan işin mürəkkəb olması nəticəsində çıxarılmışdır. Ona görə də Apellyasiya Məhkəməsi dosyeni dəqiq araşdırdıqdan sonra Kazım Səfabəxşə bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Kazım Səfabəxş 2018-ci il noyabrın 25-də Tehranda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanılaraq Evin zindanının 209-cu bölməsinə salınmışdır. Fəal sorğu-suala tutulduqdan sonra həbsxananın xüsusi bölməsi olan 4-cü bölməyə köçürülüb və hələ də həmin bölmədə saxlanılır.

O iyunun 24-də rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim Müqəyyesə azərbaycanlı fəal haqqında 13 il həbs qərarı çıxarmışdır.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın