Rejimin əlaltıları Təbriz Beynəlxalq Kitab Sərgisində türkcə kitab nəşriyyatlarının iştirakına icazə vermədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltıları türkcə kitab nəşriyyatlarına Təbriz Beynəlxalq Kitab Sərgisində iştirakına icazə vermədilər. Bununla bağlı türk dilində kitab nəşr edənlər “Onlayn Kitabçı” səhifəsinin admini ilə əlaqə saxlayaraq bu barədə məlumat veriblər.

Urmiyada fəaliyyət göstərən “Buta” türk dilində kitab nəşriyyatının rəhbəri Məhəmməd Sübhdel isə bu barədə deyib ki, biz ilk naşirlər kimi aidiyyəti saytda qeydiyyatdan keçsək də, məsullar iştirakımız üçün bizə ayırmağa kifayət qədər stendlərinin olmadığını dedilər.

Türk dilində kitab naşirləri məsələni araşdırmaq üçün əllərindən gələni etsələr də, rejimin Mədəniyyət və İrşad Nazirliyinin Şərqi Azərbaycandakı Baş İdarəsindən onlara lisenziyanın verilməməsilə bağlı əsaslı səbəb göstərilməyib.

Qeyd edək ki, sərginin işə başlamasına 2 gün qalıb və hələ də yaradılan problem aradan qaldırılmayıb. Bu problemin aradan qalxmaması isə azərbaycanlı naşirlərə ciddi iqtisadi ziyanlar vuracaq.

İştirakına lisenziya verilməyə nəşriyyatlar İbarətdir: Urmiyanın “Buta” və “Yaz”, Təbrizin “Azərturan”, “Dənizçin” və “Kirpi”, Binabın “Parlaq Qələm” və Tehranın “Əndişeye nou” nəşriyyatı

İrqçi fars rejim keçən il də bəzi Türk dilində kitab nəşr edən nəşriyaytların Təbriz və Tehran kitab sərgilərində iştirakına icazə verməmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın