Şənbə , Aprel 27 2024
azfa

Terrorçu PKK Türkiyəni antiterror əməliyyatına məcbur edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və ABŞ arasında rəsmi Ankaranın Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırmasına dair razılaşmaya baxmayaraq, PKK-YPG terror qruplaşması bölgəni hələlik tərk etməyib.

Verilən 120 saatı sonuna qədər istifadə etmək istəyən terrorçular təhlükəsizlik bölgəsindən hələlik yalnız yaralı terrorçuları çıxarıb.

Bundan əlavə, sözügedən prosesə terrorçu PKK lideri Cəmil Bayıkın şiddətlə qarşı çıxdığı bəlli olub. Belə ki, Bayık PKK-YPG qruplaşmasına bölgəni tərk etməməklə bağlı göstəriş verib.

“Şimal-şərqi Suriyada xalqlar sözügedən hücumlara qarşı dirənməli və torpağını tərk etməməlidir”, – PKK lideri bildirib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın