Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

İrqçi fars rejimin Televiziyalarının Türkiyə Ordusuna qarşı yalanları ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Türkiyəyə qarşı terrorizmi dəstəkləmə və terroristlərə dəstək aksiyaları təşkil etməklə yanaşı terrorçuların xeyrinə dövlət televiziyasında yalan məlumatlar da yaymaqdadır.

Rejim xüsusilə xaricə yayınladığı televiziyalarında, o cümlədən ispan dilli “Hispan TV” telekanalında YPG / PKK terror qruplaşması tərəfindən törədilən bomba partlayışı ilə bağlı görüntüləri Türkiyə ordusunun adına yazmağa və Türkiyəni qaralamağa cəhd göstərib.

Türkiyə əhalisinin təhlükəsizliyi məqsədilə Suriyanın şimal hissəsində türkmənlər və ərəblərin ərazisini etnik təmizləmə yolu ilə işğal etmiş YPG / PKK terror qruplaşmasına qarşı “Barış Pınarı” əməliyyatını keçirməyə məcbur olub. Rejim isə bu haqlı əməliyyatı dəstəkləmək yerinə, terrorçulara hər tərəfli, o cümlədən yalan məlumatlar yaymaqla yardım edir.  Rejimin ispan dili  “Hispani TV” telekanalı Tel-Əbyəz şəhərində bomba partlayışından qaçan mülki şəxslərin görüntülərini təhrif edib.

İranın dövlət telekanalı həmin görüntüləri sosial şəbəkələrdə “Türkiyə Ordusunun Şimali Suriyaya hücumları mülki vətəndaşların həyatını təhlükəyə atır” başlığı ilə ispan dilində yayımlayıb.

Halbuki, həmin şəkillər YPG / PKK tərəfindən qurulan bomba partlayışında xəsarət alan mülki vətəndaşlara kömək edən Suriya Milli Ordusunun görüntüləridir və Anadolu Xəbər Agentliyinin fotoqrafı vasitəsilə çəkilib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın