Çinin uyğur türklərini saxladığı düşərgələrdə dəhşətli “beyin yuma” faktları ifşa oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin minlərlə müsəlman Uyğur türkünün saxlanıldığı və yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü düşərgələrdə sistematik “beyin yuma” əməliyyatlarının detalları ilk dəfə sızdırılıb.

Çin hökuməti bu günədək bu düşərgələrin könüllü təhsil və təlim mərkəzi olduğunu iddia edirdi.

BBC Panoramanın gördüyü rəsmi sənədlər məhbusların necə saxlanıldıqlarını, təhqir edildiklərini və cəzalandırıldıqlarını göstərir.

Çinin İngiltərədəki səfiri sənədlərin saxta məlumatlar olduğunu deyib.

Məlumatlar İngiltərənin BBC Panorama və Guardian qəzetinin də daxil olduğu 17 media müttəfiqi ilə işləyən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumuna sızdırılıb.

Araşdırmalar son üç il ərzində yaradılan saxlanma düşərgələrində Çin hökumətinin dediyi kimi ekstremizm əleyhinə təlimlərin aparıldığı iddialarını rədd edib.

Əsas hissəsinin müsəlman uyğur icmasından olduğu bir milyona yaxın insanın hər hansı məhkəmə keçirilmədən bu düşərgələrdə saxlanıldığı deyilir.

Sızdırılan məlumatlarda yer alan təlimatlarda düşərgələrin yüksək təhlükəsizliyinin təmin olunması, sərt intizamın olması, cəzaların tətbiq edilməsi və məhbusların qaçışına imkan verilməməsi əksini tapır.

Təlimatlarda “heç vaxt qaçışlara icazə verilməməsi”, “intizam və cəzaların artırılması”, “tövbə və etirafın təşfiqi” və s. yer alır.

Sənədlərdə məhbusların həyatının hər bir anının necə izlənildiyi göstərilir.

Human Rights Watch insan haqları təşkilatının Çin üzrə direktoru Sophie Richardson deyib ki, bu məlumatlar iittihamçılar tərəfindən istifadə olunmalıdır.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın