Cümə axşamı , Aprel 30 2026
azfa

İranın icazəsilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çap edilmiş kitabın təqdimatı oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin icazəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çap edilmiş “Artsaxdan gələcəyə bir xatirə” kitabının təqdimat mərasimi keçirilib.

İrqçi fars rejimin lisenziyası ilə erməni dilində İranda çap edilən bu kitab Vahik Ratusyanın ikinci kitabıdır və İranda erməni işğalçılığını qanuniləşdirmək məqsədi daşıyır.

İran adlanan ölkədə erməni icmasından Fridon Tədqiqatçılar Cəmiyyəti, keşiş Məsrup Ratusyan, Tehran və Şimal ermənilərinin rejimin məclisdəki millət vəkili Karen Xanləri, Haraç Safaryan, Qaspar Əmirxanyan, Melina Manqasaryan və Vahik Ratusyan Tehranda keçirilən həmin kitabın təqdimat mərasimində iştirak ediblər.

Həmçinin yoxlayın

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Bir cavab yazın