Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı yazıçı 36-cı Beynəlxalq qısa film festivalında mükafat qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda müxtəlif bölmələr üzrə 36-cı Beynəlxalq qısa film festivalı keçirilib.

Festivalın qısa hekayə bölməsində 650 əsər iştirak edib. Azərbaycanlı yazıçı Rüqəyyə Kəbiri “Pasbanhaye bətnəm” hekayəsi ilə ikinci yerə yüksəlib.

Qeyd edək ki, Rüqəyya Kəbirinin indiyə kimi 14 əsəri işıq üzü görüb. Onun 3 əsəri Azərbaycan Respublikasında çap edilib. 2012-ci ildə Bakıda azadlıq radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində “Mavayl” adlı hekayəsi 180 əsərin içindən birinci yerə layiq görülüb. Yazıçının “Qar yağır” hekayəsi əsasında Qadir Fərivəin rejissorluğu ilə çəkilən “Qaral” filmi İranın bir neçə kino festivallarında mükafata layiq görülüb. O, Güney Azərbaycanın Xoy şəhərində anadan olub. Hazırda Təbriz şəhərində yaşayır.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın