Bazar , Sentyabr 27 2026
azfa

Ərdoğan : “Bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməzlər”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Prezident Ərdoğan Şərqi Aralıq dənizində Liviya ilə qəbul edilən razılaşma memorandumu ilə Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlarından istifadə etdiyini bildirib:

“Yunanıstan, İsrail, Misir və Cənubi Kıbrıs (Kıpr) Rum İdarəçiliyi bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməz”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan TRT-də iştirak etdiyi proqramda gündəmi qiymətləndirərkən deyib.

Ərdoğan Şərqi Aralıq dənizində Liviya ilə qəbul edilən razılaşma memorandumu ilə Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlarından istifadə etdiyini bildirib.

“Beləliklə Yunanıstanın əli, qolu bağlandı, bunu qəbul edə bilmirlər. İndiyədək Şərqi Aralıq dənizində istədiklərini etdilər. Artıq belə olmayacaq, biz də öz haqlarımızı tələb edəcəyik”- deyə  Ərdoğan qeyd edib.

 Prezident Ərdoğan “Başqa bir qazma gəmisi alacağıq. Bu işləri nəinki Aralıq dənizində, Qara dənizdə, hətta beynəlxalq sularda da davam etdirəcəyik” deyib.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın