Çərşənbə , Sentyabr 9 2026
azfa

Türkiyə sanksiya tətbiq edilərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya biləcəyini deyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, “ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlayarıq”.

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey olar. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər”, – deyə o qeyd edib.

M.Çavuşoğlu deyib ki, ABŞ hazırda Suriyadakı təhlükəsizlik bölgəsindən çıxıb: “Ancaq terrorçu PKK/YPG-PYD ilə əlaqəsi davam edir. Onun bu terrorçu təşkilata etdiyi yardımlar cinayətdir. Bu, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsi deməkdir. Bizim antiterror əməliyyatı keçirdiyimiz ərazidə ABŞ hərbçiləri yoxdur. Biz terrora qarşı mübarizə aparmaq üçün oradayıq və bunu davam etdirəcəyik. Rusiya bizə deyir: “Terrorçular bölgədən çıxmazsa, siz oranı təmizləyərsiniz. Türkiyənin terror təhdidinə qarşı tədbir görmək hüququ var. Türkiyəni qorumaq NATO-nun vəzifəsidir”.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …

Bir cavab yazın