Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Rejimin 3 il həbsdən sürgünə göndərdiyi azərbaycanlı fəalı yenə həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin 3 il həbsdə saxladığı və hazırda sürgündə göndərdiyi azərbaycanlı fəal Siyamək Mirzaini şərləyib daha bir il həbsə edib, 2 il isə xaricə çıxışına qadağa qoyub.

Rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26 saylı şöbəsi bu barədə qərar çıxarıb.

Rejimin əlaltısı hakim İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırda Qain şəhərində sürgündə olan azərbaycanlı fəala qarşı “Sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə 1 il həbs qərarı çıxarılıb. Qərara əsasən, onun ölkədən çıxışı, eləcə də siyasi və ya ictimai partiyalar və qruplara üzv olmasına 2 il qadağa qoyulub. Qərardan 20 gün müddətinə apeyasiya şikayəti vermək mümkündür.

Qeyd edək ki, Siyamək Mirzaiyə qarşı yeni ittihamlarla saxta cinayət işi açılması prosesi 5 ay bundan əvvəl, həbsxanadan çıxmasına 3 gün qalmış “Sepah”ın ETTELAAT İdarəsi tərəfindən başladılmışdı. Məqsəd fəalı daha uzun müddət həbsdə saxlamaq olub. Fəalın “Abbas Lisani ilə həbsxanadan telefon əlaqəsi saxlaması, Tehranın Baharıstan Rayonunun prokuroruna təhlükəsizlik orqanları əməkdaşlarının özbaşınalıqları barədə açıq məktub ünvanlaması, İranda yaşayan etniklərlə bağlı məqalələr dərc etməsi, ana dilində təhsili dəstəkləməsi, Amnesty İnternational, türk, fars və insan haqları saytlarının onu müdafiə etməsi” məsələləri bəhanə edilərək fəala qanunsuz şəkildə həbs qərarı çıxarılıb.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …

Bir cavab yazın