Çərşənbə , İyul 29 2026
azfa

İrana bağlı terrorçuların hücumundan sonra ABŞ İraqa əlavə hərbi qüvvə göndərməyə qərar verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yetişdirdiyi terrorçuların hücumundan sonra ABŞ İraqa əlavə hərbi qüvvə göndərməklə bağlı qərar qəbul etdi.

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper İraqdakı hadisələrə görə bölgəyə 82-ci Havadan Endirmə Diviziyasından bir batalyon əsgər sövq etməyə qərar verdiklərini açıqladı.

M.Esper mövzu ilə bağlı “twitter hesabından bildirib:

“Təxminən 750 əsgər bölgəyə dərhal göndəriləcək və Təcili Müdaxilə Qüvvəsindən əlavə qüvvələr də qarşı günlərdə sövq edilmək üçün hazır olacaq.

Bu sövqiyyat Bağdaddakı ABŞ personal və bazalarına təhdidin artmasına cavab olaraq verilən uyğun və tədbiri bir qərardır.”

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …

Bir cavab yazın