Türk rəsmilər Liviya qərarından sonra Türkiyə maraqlarını daha güclü qoruyacaqlarını bildirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk rəsmilər Liviyaya yardım üçün qoşun yeritməyə dair Böyük Millət Məclisinin qərarından sonra Türkiyə maraqlarını daha güclü qoruyacaqlarını bildirirlər.

Türkiyənin Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyə Böyük Millət Məclisində qəbul edilən Liviyaya əsgər göndərilməsini nəzərdə tutan sənədlə Türkiyənin sahədə və masada güclü olmaqda davam edəcəyini bildirib.

İbrahim Kalın şəxsi “twitter” səhifəsində bunları deyib:

“Ölkəmizin Şimali Afrika və Aralıq dənizindəki maraqlarını qorumaq üçün atılmış əhəmiyyətli bir addımdır. Türkiyə sahədə və masada güclü olmaqda davam edəcək.”

Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun da şəxsi “twitter” səhifəsində “Türkiyə olaraq Liviya və Şərqi Aralıq dənizində təhlükəsizlik və sülhün qorunması üçün bütün gücümüzlə cəhd göstərməyə və bölgəni təktərəfli istismar etməyə çalışanların oyunlarını pozmağa davam edəcəyik” ifadələrini işlədib.

Həmçinin Türkiyənin Prezident müavini Fuad Oqtay Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədlə bölgədə oynanan oyunları pozmağa, Türkiyənin haqq və maraqlarını qorumağa davam edəcəklərini bildirdi.

Fuad Oqtay şəxsi “twitter” səhifəsində bunları yazıb:

“Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədin Türkiyə və bölgə üçün xeyirli olmasını diləyirəm. Hökumət Şərqi Aralıq dənizindəki hər addımını təfərruatlı çalışılmış müəyyən strateji və plan daxilində atır. Livayaya əsgər göndərilməsinə dair qəbul edilən sənədlə bölgədə oynanan oyunları pozmağa, Türkiyənin haqq və maraqlarını qorumağa davam edəcəyik. Liviyanın torpaq bütövlüyünü müdafiə edən Türkiyənin məqsədi BMT nəzdində legitimliyi olan hökumətin çağırışına dəstək vermək və bölgə sülhünə xidmət göstərməkdir. Bu sənədin qəbulu ilə Liviyada təcavüzkar mövqelərini davam etdirənlərə lazımlı xəbərdarlığın edildiyinə ümid edirəm.”

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın