Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İrqçi fars rejim baş terrorçu Süleymaninin gəbərdilməsilə bağlı müharibə anlamına gələn qırmızı bayraq dalğalandırdı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim müharibə elanı anlamına gələn qırmızı rəngli bayrağı Cəmkəran məscidində dalğalandırıb.

Qırmızı bayrağın dalğalandırılmasına irqçi fars rejimin dövləti tarixində ilk dəfədir rast gəlinir. Məlumata görə, bu terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı terrorçu başı Qasım Süleymaninin öldürülməsi ilə əlaqədardır. Tehran bu addımıyla müharibədə olduğunu elan etmiş oldu.

Cəmkəran məsçidi Qum şəhərindən 5 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, baş terrorçu Q.Süleymani yüz minlərlə günahsız müsəlmanın qanını axıtdığı üçün İraq, Suriya, Yəmən, İran və s. yerlərdə milyonlarla müsəlman sevincdən şənlik edir. İrqçi fars rejim isə terror təşkilatı olan sepah və bəsic üzvlərinin ailələrini göstərişlə küçələrə töküb terrorçubaşı Süleymaniyə süni yas saxlatdırır.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın