Rejimin məmurları Sayınqalada azərbaycanlı fəal Höccət İmamini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsinin məmurları azərbaycanlı milli-mədəni fəal və müəllim Höccət İmami yaxalayıb.

Azərbaycanlı fəal yanvarın 7-də Sayınqala şəhərində öz evində yaxalanıb.

Höccət İmamini yanvarın 8-də ailəsi ilə qısa telefon əlaqəsində Urmiyaya aparıldığını və qeyri-müəyyən vəziyyətdə saxlandığını söyləyib.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri fəalı yaxalarkən evdə axtarış aparıb, ona aid ləptop, mobil telefonu və bir neçə kitab özləri ilə götürüblər.

Fars dili və ədəbiyyatı müəllimi olan azərbaycanlı fəalın həm də bədən tərbiyəsi üzrə yüksək lisansı var.

Hələlik fəalın nədə ittiham edildiyi məlum deyil.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın