Bazar , Sentyabr 27 2026
azfa

Rejimin ETTELAAT İdarəsinin yaxaladığı Məlikan Bələdiyyə İdarəsinin işçisindən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejkimin ETTELAAT İdarəsinin Güney Azərbaycanın Məlikan şəhərində bir ay əvvəl yaxaladığı Bələdiyyə İdarəsinin işçisi Babək Ağazadədən hələ heç bir xəbər yoxdur.

Qeyd edək ki, Babək Ağazadə dekabrın 16-da yaxalanaraq naməlum istiqmaətə aparılıb.

İşçinin nə səbəbə görə yaxalandığı və harada saxlandığı barədə heç bir xəbər yoxdur. Bu da Ağazadə ailəsinin nigaranlığına səbəb olub.

Babək Ağazadənin yaxınlarının dediyinə görə, o böyrək çatışmazlığından əziyyət çəkir. Davamlı olaraq dava-dərman qəbul edən bələdiyyə işçisi bu müddətdə dərmansız qalıb.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın