İrqçi fars rejimin İraqla imzaladığı qaz ixracı müqaviləsini icra etməyə gücü çatmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin İraqla imzaladığı qaz ixracı müqaviləsini icra etməyə gücü çatmır. Bu səbəbdən İraq qaza alternativ axtardığını bildirib.

İraqın Enerji Nazirliyi açıqlamasında deyib:

“İran qaz qıtlığı səbəbindən İraqa gündəlik qaz ixracını üç milyon k.metrədək azaltmalı olduğunu bildirib. İraqın enerjisinin üçdə birinin qazı İrandan təchiz edilən stansiyalarda istehsal edilir”.

İran, İraqa gündəlik 50 milyon kub metr qaz ixrac edilməsi ilə bağlı anlaşma imzalasa da, bu il göstərilən həcmdə qazın yalnız yarısını ixrac edə biləcəyini üzərinə götürüb.

İranın Neft naziri Bijən Nəmdar Zəngənə də bu yaxınlarda İranın ABŞ sanksiyaları səbəbindən İraqa ixrac edilən qazın pulunu ala bilmədiyini bildirib.

İranın İraqa ixrac etdiyi qazın pulunu almaq problem bir il əvvəl meydana gəlib.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın