İrqçi fars rejimin Nəzarət Şurası azərbaycanlı fəalı məhkəməyə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejimin Nəzarət Şurası azərbaycanlı siyasi və mədəni fəal Əhməd Mustafazadəni məhkəməyə verib.

Fəal rejimin Nəzarət Şurasının şikayəti əsasında rejimin Xoy şəhərindəki İnqilab Məhkəməsinə çağırılıb.

O şərlənərək “Yalan məlumat yaymaq, ictimaiyyəti təşvişə salmaq və böhtan atmaq”da günhlanıdırılıb. Fəal sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərinin sakini Əhməd Mustafazadə bir müddət əvvəl rejimin Nəzarət Şurasının fəaliyyətini tənqid edən bir məqalə yazmışdır. Fəala qarşı şikayətin də həmin məqalə ilə əlaqədar olması söylənilir..

Rejimin Nəzarət Şurası bundan əvvəl digər azərbaycanlı siyasi fəal Mahmud Sadiqini də məhkəməyə verib.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın