Terrorçu PJAK Salmasın zəlzələ bölgəsində Qızıl Aypara Cəmiyyətinin xilasedicisini hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kürd terror təşkilatı olan PJAK üzvləri Qərbi Azərbaycan Əyalətinin Qotur məntəqəsində baş verən zəlzələ bölgədə Qızıl Ayparanın işçilərinə hücum ediblər. Ümumiyyətlə kürd terror təşkilatları zəlzələ bölgəsinə yardımları talamaq məqsədilə regiona ciddi şəkildə hücuma keçiblər.

Kürd terrorçularının təhdid edilməsi nəticəsində bölgəyə göndərilən Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupları bəzi kəndləri tərk etməyə məcbur olub. Hətta kəndlərin birində Salmasın Qızıl Aypara Cəmiyyətinin işçisi kürdlərdən bir tərəfindən hücuma marəuz qalıb. Kəskin şəkildə yaralanan xilasedicinin həyatını itirdiyi barədə də məlumat yayılıb.

Artıq kürd terror təşkilatlarının terror əməlləri nəticəsində ciddi yardıma ehtiyacı olanlar böyük təhlükə ilə qarşı-qarşıya qalıb. Nə əhali, nə də Qızıl Aypara Cəmiyyəti bölgəyə yardıma gedə bilmir. Bəzi yerlərdə yardımların müvəqqəti olaraq dayandırıldığı bildirilir.

Kürd terrorçular gecə saatlarında yolu bağlayaraq zəlzələdən zərərçəkənlərin ev əşyalarını talamaq və avtomobillərini oğurlamaq istəyiblər.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …

Bir cavab yazın