İrqçi fars rejim azərbaycanlı siyasi məhbusları koronavirus təhlükəsilə üz-üzə qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda və o cümlədən Tehranda həbsdə olan azərbaycanlı siyasi məhbusları koronavirus təhlükəsilə üz-üzə qoyub.

Bir çox zindanlarda o cümlədən Urmiya şəhərinin mərkəzi zindanının məmurları koronavirusa yoluxmuş 7-ci məhbusu xəstəxanaya köçürdükdən sonra həbsxananın səs gücləndirici aparatları ilə problemin təhlükəli həddə çatdığını elan ediblər.

Əldə etdiyimiz məlumata görə, martın 4-dək Urmiya zindanından 7 məhbus xəstəxanaya köçürülüb. Koronavirusa yoluxan məhbuslardan biri ötən günlərdə həyatını itirib.

Həmçinin Tehran Həbsxanası, Kərəcin Mərkəzi Həbsxanası və Evin zindanında koronavirusun yayılıb və azərbaycanlı siyasi məhbuslar təhlükə qarşısındadırlar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın