Soros Əsədin və Rusiyanın dinc sakinlərin qətliamının qarşısını yalnız Türkiyənin aldığını etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Corc Soros Əsədin və Rusiyanın dinc sakinlərin qətliamının qarşısını yalnız Türkiyənin aldığına etiraf edərək, Avropanın Türkiyəni müdafiə etməli olduğunu vildirdi.

Amerikalı milyarder Corc Sorosun “Blumberq” agentliyindəki məqaləsində bu barədə deyilir. Soros Rusiya və Əsədin dinc vətəndaşlara qarşı hücumunun qarşısını yalnız Türkiyə ordusunun aldığını bildirib.

O, Türkiyənin Avropanın dəstəyini haqq etdiyini söyləyib:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda tutduğu mövqeyi dəstəkləməliyik. Bu mövqe İdlibdə atəşkəsin əldə olunması və Suriya qaçqınlarının təhlükəsizliyini qorumaqdan ibarətdir”.

Sorosun sözlərinə görə, Rusiya Suriyadakı fəaliyyətləri ilə özünün regional və qlobal təsirini geri qaytarmaq istəyir.

O, Suriyada humanitar fəlakətin əsas günahının Rusiyanın Suriyadakı strategiyasının olduğunu bildirib.

Soros Əsədin Stalin zamanından bu yana “ən vəhşi rəhbər” olduğunu qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi Ukrayna diplomatını İran Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb. Görüş Ukrayna ordusunun …

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə …

Bir cavab yazın