GADTB-nin Mətbuat Mərkəzinin Amerikan;n səsinə istinadən yaydığı məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdiri Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə Tehran və Güney Azərbaycanın müxtəlif həbsxanalarında saxlanılan türk fəalların vəziyyəti barədə ətraflı məlumat verib. O, həmçinin İran həbsxanalarında koronavirus təhlükəsi haqqında danışıb.
Təbrizlinin sözlərinə görə, “virus İranın bir neçə zindanında görülüb. Bəzi zindanlarda bir mərkəz yaradıblar ki, [yoluxanları] karantinə alsınlar.”
Evin həbsxanasında Tovhid Əmir-Əmini və Kazım Səfabəxşin saxlanıldığı bölmədə koronavirus görülüb. Biz onların vəziyyətindən nigaranıq.
Jalə Təbrizli həmçinin BMT-nin İranda insan haqları məsələləri üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın İslam Respublikası rəsmilərinə etdiyi müraciətə diqqət çəkib. İran rəsmiləri 5 ildən az həbsə məhkum olan bəzi məhbuslara məzuniyyət verəcəklərini bildiriblər. Cavid Rəhman 5 ildən artıq həbsə məhkum olanlar, habelə təhlükəsizlik ittihamları ilə mühakimə edilmiş məhbuslara məzuniyyət verilməməsini ayrıseçkilik olaraq dəyərləndirib.
Təbrizlinin bildirdiyinə görə, cümə axşamına qədər Əhər həbsxanasında saxlanılan Saleh Molla-Abbasi və Slüeyman Kazımi, Tehranın Evin həbsxanasında Kiyanuş Aslani və İbrahim Nuri, Ərdəbil həbsxanasında da Rahim Qulami məzuniyyətə çıxıblar.
Azərbaycanlı fəal Həsən Raşidi isə deyib ki, virus İran həbsxanalarında yayılsa təhlükə daha da böyük olar
“Evin həbsxanasında Tovhid Əmir-Əmini və Kazım Səfabəxşin saxlanıldığı bölmədə koronavirus görülüb. Biz onların vəziyyətindən nigaranıq. Cəfər Rüstəmi-Rad həmin həbsxananın başqa bir bölməsində saxlanılır. Amma Evin həbsxanasında olan Əlirza Fərşi, Əkbər Nəimi, Ehsan Şükrxudayi və Zeynəb Həmrəng haqda heç bir məlumatımız yoxdur. Bu da bizi nigaran edir,” hüquq müdafiəçisi qeyd edir.
Ərdəbil həbsxanası yaxşı şəraitdə deyil. Həbsxananın bir bölməsini boşaldıb və veriblər koronavirusa yoluxanlara. Abbas Lisaninin qaraciyər xəstəliyi var və vəziyyəti yaxşı deyil.
Ərdəbil həbsxanasında saxlanılan tanınmış fəal Abbas Lisaninin qara ciyərində problem yaşadığını önə çəkən Jalə Təbrizli deyir ki, “Ərdəbil həbsxanası yaxşı şəraitdə deyil. Həbsxananın bir bölməsini boşaldıb və veriblər koronavirusa yoluxanlara. Abbas Lisani, Müjgan Siyami və Yusuf Kari Ərdəbil həbsxanasında saxlanılırlar. Abbas Lisaninin qara ciyər xəstəliyi var və vəziyyəti yaxşı deyil.”
Təbrizinin dediklərinə görə, “zindanların vəziyyəti yaxşı deyil. Qidalanma pisdir. Təmizlik vəziyyəti yaxşı deyil. Hətta zindan xaricindəki insanlar belə ləvazimatı tapa bilmir, hələ qalsın zindandakılar. Zindanın mühiti çox kiçikdir. İnsanlar bir-birilərinə çox yaxındır… Bu virus belə bir mühit və şəraitdə çox tez yayılar.”
Azərbaycanlı fəal Məhsa Mehdilideyib ki, vilayət məsulları da Tehranın əmr quludurlar, əhalinin həyatına dəyər vermirlər
O, Kərəcin Rəcayi-şəhr həbsxanası və Marağada həbsdə olan milli fəallar haqqında da kifayət qədər məlumat olmadığını iafadə edir. Lətif Həsəni Rəcayi-şəhr həbsxanasında, Həkimə Əhmədi, Əbulfəz Fəkuri, Məhərrəm Vəlipur, Əkbər Əzizi və Qulamrza Rəşidi isə Marağa həbsxanasında saxlanılırlar.
Jalə Təbrizli hazırda İran Azərbaycanı və Tehranda 100-dən artıq türk fəalın həbsdə olduğunu bildirir:
“Bizim indi ən az 120 fəalımız var həbsdə. Amma, sadəcə onlar ki, tanınmış fəaldırlar Təbrizdə, Ərdəbildə və Urmiyədə, biz onları müəyyənləşdirə bilmişik. Bir çoxunun adını tapa bilməmişik.”