Bazar ertəsi , May 6 2024
azfa

Rejim azərbaycanlı fəal Salar Tahir Əfşarı 8 ay həbsə və 20 şallaq zərbəsinə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya şəhəri sakini, azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı 8 ay həbsə və 20 şallaq zərbəsinə məhkum edib.

Fəal barədə rejimin məhkəməsi martın 14-də qərar çıxarıb. Rejim azərbaycanlı fəalı şərləyərək,onu “Yanacaqdoldurma məntəqəsini dağıtmaq, tıxac yaratmq, iğtişaşlara qoşulmaq, film yükləmək və şüar səsləndirməkdə” ittiham edib.

Qeyd edək ki, Salar Tahir Əfşar bundan əvvəl də Azərbaycan türk millətinin hquqları uğrunda mübarizə etdiyi üçün təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın