Xəzəri hərbi məntəqəyə çevirən İran adlanan ölkənin döyüş gəmisi qəzaya uğradı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ‪İran adlanan ölkəyə aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.

Məlumata görə, İran rejiminin ən böyük döyüş gəmilərindən “Demavend”də qəza zamanı 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən bu döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır. İran adlanan ölkə Rusiya ilə birlikdə Xəzərə hərbi gəmilər buraxmaqla bu bölgəni qeyri-sabit məntəqəyə çevirməyə çalışırlar.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın