Cümə , Sentyabr 25 2026
azfa

Traxtur rəhbərliyi bəzi oyunçuların Traxtur və azərbaycanlılara nalayiq sözlərinə sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Traxtur və Maşınsazi komandaların xarici oyunçuları məsulu Behdad Bayat oyunçu Əli Xətirin Traxtur və azərbaycanlılara nalayiq sözlərinə sərt reaksiya verərək deyib ki, Xətiri kimi şəxslər bütün komandalarla problem yaradıb. Bundan öncə İstiqlalın kapitanı ilə problem yaşamışdı və Zunuzinin belə şəxslərə cavab verməyə vaxtı yoxdur. İndiki böhranlı vəziyyətdə Zunuzi iki komandanı saxlamaqdadı.

Klubun baş direktoru Mir Məsum Söhrabi isə bildirib ki, Ervin, Estoks və Kelin Konsant komandadan şikayət edib. Bu şikayət əsasında rəy verilib. Klubun sahibi Məhəmmədrza Zunuzi komanda əleyhinə gizlin və məqsədyönlü anlaşmaların baş tutumasına cavab olaraq deyib:

“Təhlükəsizlik və məhkəmə orqanları hər hansı məhkəmədə istəsə, bu ittihamların boş iddia olduğunu sübut etməyə hazıram”.

O, “İstiqlal” klubunun Estra Maçoni ilə müqaviləsinə də toxunaraq vurğulayıb ki, anlaşma məbləği 2 qat artıb. Bu məbləğ 270 min dollardan 550 min dolara qalxıb.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …

Bir cavab yazın